27 İyul 2024

Yüksəkliklər Azərbaycana keçdi, Qafandakı ermənilər evlərini yandırıb, köçürlər – VİDEO

Qafan rayonunun Azərbaycanla sərhəd kəndlərinin sakinləri panikadadırlar.

Media1.az  xəbər verir ki, buna səbəb sərhədlərin demarkasiyası və delimitasiyası prosesində, bütün yüksəkliklərin, hərbi postların Azərbaycana qaytarılmasıdır. Onlar Azərbaycan Ordusunun birbaşa nişangahına düşdükləri üçün evlərini tərk edirlər. Tərk edərkən də ənənəvi erməni vəhşiliyi törədirlər: bütün evlər yandırılır.

Erməni mediası bu barədə  yazır: “Bütün mövqelər düşmənə təslim ediləcəyi üçün Qafan sakinləri evlərini yandırırlar. Düşmənin silahı altında yaşamağa razılaşmırlar”.