29 Mart 2024

Xınalığa QAR yağıb

Qudyalçay Xınalıq (Quba) məntəqəsində qarın yağması müşahidə olunub.

Bu barədə Media1.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şabran, Quba, Altıağac, Xaltan, Göygöl, Daşkəsəndə şimşək çaxıb, arabir yağış, Xınalıqda sulu qar yağıb. Bakıda və Abşeron yarımadasında da arabir yağış yağıb.

Şimal-qərb küləyi arabir Salyanda 23 m/s, Altıağacda 21 m/s, Neftçalada 20 m/s, Cəfərxanda 15 m/s, Bakıda və Abşeron yarımadasında arabir 17 m/s-dək güclənib.