25 Sentyabr 2022

Ukrayna-Rusiya müharibəsi şiddətlənir- Xarkov ətrafında yeni gərginlik

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin uğurlu əməliyyatlar keçirdiyi Xarkov vilayəti ətrafına yeni qüvvələr yerləşdirir.

Media1.az xəbər verir ki, bu barədə Ukraynanın teleqram kanallarında məlumat yayılıb.

Bildirilib ki, Rusiyanın Müdafiə Nazirliyi sentyabrın 9-da bunu əks etdirən videomaterial yayıb.

Rəsmi videoda zirehli texnika, xüsusi avtotexnika karvanı və başqa hərbi texnikanın daşınması görünür.

Bir müddət əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Xarkov vilayətinin Balakley rayonundakı vəziyyətlə bağlı suala cavab verməkdən yayınaraq deyib: “Belə sualları Rusiyanın Müdafiə Nazirliyinin əməkdaşı Konaşenkoya müraciət edin”.

Qeyd edək ki, Ukrayna ordusunun isə Kupyansk şəhərini azad etməsi ilə bağlı məlumatlar yayılıb. Bu xəbər hələ ki, rəsmi formada təsdiqini tapmayıb.