27 İyul 2024

“TUQAY” ekoturizm marşurutu üçün ilkin konsepsiya hazırlanır

Qarabağ Regional Turizm İdarəsinidən Qarabağekoturizm.com-a verilən məlumata görə,Qarabağ və Mingəçevir Regional Turizm İdarələri birgə olaraq Bərdə, Ağcabədi, Ağdaş, Zərdab, Yevlax və Ucar rayonları ərazisindən keçən Kür çayı boyunca yerləşən Tuqay meşələrinin turizm potensialının ilkin qiymətləndirilməsi prosesinə başlanılıb.

Turizm idarəsindən bildirildiyinə görə, əsas məqsəd özündə müxtəlif turizm fəaliyyətlərini birləşdirən “TUQAY” ekoturizm marşurutunun hazırlanması üçün ilkin konsepsiyanın hazırlanmasıdır.

Qarabağekoturizm.com