27 İyul 2024

Tuncelide dəhşətli hadisə: Düşmənçilik etdiyi şəxsi ov tüfəngi ilə qətlə yetirdi

Dəhşətli hadisə gecə saatlarında Tuncelinin Mazgirt rayon Karsan kəndində qeydə alınıb. Kaya Doğan aralarında məlum olmayan düşmənçilik səbəbilə Gündüz Çeliyi qətlə yetirib.

Kaya Doğan Çəliyin işləmək üçün getdiyi ölkədən vətənə qayıtdığını öyrənincə evinin önündə dayanaraq onu güdməyə başlayıb.

Avtomobili ilə evinin önünə gələn Çəliyi görən Kaya Doğan onu silah gücünə sükan arxasından düşürərək ov tüfəngilə atəşə tutub. Hadisə baş verən yerə dərhal Təcili tibbi yardım və polis heyəti çağrılıb. Çelik, ilkin tibbi yardımdan sonra Tunceli Dövlət Xəstaxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Gündüz Çeliyin nəşi tibbi ekspertiza məqsədilə morga götürülüb. Polis Kaya Doğanı həbs edərək istintaq işlərinə başlayıb.