15 İyun 2024

“Tottenhem” – “Fulhem” matçı ləğv oluna bilər

İngiltərə Premyer Liqasının 16-cı turunun London “Tottenhem”i və “Fulhem” arasında matçı koronavirusa görə ləğv edilə bilər.

“Report” xəbər verir ki, bu barədə “The Athletic” bildirib.

Məlumata görə, London klubunun bir neçə oyunçusu koronavirus testi verib. Testlərin nəticəsi müsbət olub.

İngiltərə Premyer Liqasının 15 turundan sonra “Tottenhem” 26 xal yığıb və yarış cədvəlində yeddinci yerdə qərarlaşıb.