19 Aprel 2024

Tokayev 82,45 faizlə qalib gəlir

Qazaxıstanda keçirilən prezident seçkilərində hazırkı Prezident Kasım-Jomart Tokayev 82,45 faiz səslə qalib gəlir.

Media1.az“Report”a istinadla xəbər verir ki, bu barədə “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun ekzitpol nəticələrindən məlum olub.

Ekzitpol göstəricilərinə əsasən, digər namizədlər – Karakat Abden 2,54 faiz səs, Nurlan Auesbaev 2,17 faiz, Jiquli Dayrabayev 3,33 faiz, Meyram Kajıken 2,23 faiz, Saltanat Tursınbekova 2,08 faiz səs toplayıb.

5,2 faiz seçici isə hamıya qarşı olub.