09 Dekabr 2022

Saakaşvilinin son durumu AÇIQLANDI

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin zəhərlənməsi ilə bağlı xəbərlərə rəsmi münasibət bildirilib.

Media1.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Penitensiar Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Saakaşvili xəstəxanada həkim nəzarətindədir:

“İctimaiyyəti yanlış məlumatlandırmamaq üçün hər kəsi əsaslandırılmamış məlumatları yaymaqdan çəkinməyə çağırırıq”.

Xatırladaq ki, Saakaşvilinin zəhərlənməsi barədə vəkil Valeri Qelbaxyani məlumat yaymışdı.