27 İyul 2024

Sverdlovsk vilayətində qadın qatili “Vaqner”çi şərəflə dəfn edilib

Sverdlovsk vilayətinin Karpinsk şəhərində yerli sakin Vitali Vasyagin dəfn edilib.

Media1.az xarici agentliklərə istinadən xəbər verir ki, həmin şəxs cəzaçəkmə müəssisəsində “Vaqner” ÖHŞ-nin əməkdaşları tərəfindən Ukrayanda savaşmaq üçün muzdlu kimi cəlb olunub. Ənənəvi olaraq, bu adam “İgidliyə görə” medalla ilə təltif edildi.

Rusiya mediası Vitali Vasyaqinin öncəki “igidliklərinin” nə olduğunu öyrəniblər. Sən demə bu adam vaxtilə qadınların qətl etməyə görə iki dəfə məhkum edilib.

2000-ci illərin əvvəllərində o, qonşuluqda yaşayan təqaüdçünü öldürüb. Buna görə 14 il həbs cəzasına məhkum edilən, 10 illik həbs həyatından sonra qalan cəzasını şərti olaraq çəkib.

2017-ci ilin mayında isə o, ikinci qətli törədib. Həmin vaxt o, 37 yaşlı Anastasiya Şardakovanı öldürüb. Medianın yazdığına görə, qadın sosial şəbəkədə Vitali Vasyaginin qardaşı Oleqlə tanış olub və onlara qonaq gəlibmiş. Qonaqlığın gedişində Anastasiya bir anda çalan şansonu söndürməyi xahiş edib. Bu, Vitalinin xoşuna gəlməyib və o, qadını döyüb, boğmağa başlayıb. Qadın huşunu itirəndə, qardaşlar onu yerin altına atıblar. Oyandıqdan sonra Vitali bədbəxt qadının boğazını kəsib. İki gün yerin altında qalan cəsədi qardaşlar kompost çuxuruna aparıb torpağa atıblar. Qardaşlar polisə qadının yanlarında olduğunu desələr də meyit tapıldıqdan sonra günahlarını boyunlarına alıblar.

Son dövrlərdə Sverdlovsk vilayəti ukraynalıları qətlə yetirən bu cür şəxsləri medallar və təntənəli dəfn mərasimləri ilə yola salır.

Bu yaxınlarda Sverdlovsk vilayətinin Deqtyarovsk şəhərində tanışlarını döyərək öldürən iki səfərbər edilmiş məhbus dəfn edilib.

Serovda isə anasını döyərək öldürən Sergey Molodtsova qəhrəman kimi yas tutulub. Yerli administrasiya hətta onu “yaradıcı insan” adlandırıb.