26 Aprel 2024

Separatçı rejim növbəti şouya başladı – düyü, makaron, şəkər…

Qarabağdakı separatçı rejim Laçın yolundakı vəziyyətlə bağlı qaldırdıqları hay-küyə beynəlxalq diqqəti cəlb etmək üçün növbəti şouya qərar verib. Yanvarın 20-dən Qarabağ ermənilərinə müəyyən ərzaq məhsullarının alınması ilə bağlı yeni qaydalar tətbiq olunacaq.

Media1.az xəbər verir ki, bu barədə Xankəndidən yayımlanan “ictimai televiziya” məlumat yayıb. Bildirilir ki, düyü, makaron, qarabaşaq yarması, şəkər və günəbaxan yağı yalnız talonla satılacaq.

Yanvarın 17-dən kuponların verilməsinə başlanacaq. Xankəndidəki bütün orta məktəblərdə və “dövlət universiteti”ndə xidmət məntəqələri fəaliyyət göstərəcək. Ümumilikdə 19 məntəqə olacaq. Bildirilib ki, sakinlər talonları yaşadıqları rayon administrasiyalarının, kənd sakinləri isə icma idarələrinin binalarında ala biləcəklər.