27 İyul 2024

Səlim Müslümov həbs olunmayıb – Atası danışdı

“Səlimlə səhər danışdım, dedi, “hər şey yaxşıdır, evə indi gəldim””.

Bunu Modern.az-a açıqlamasında həbs xəbəri yayılan sabiq nazir Səlim Müslümovun atası Yanvar Müslümov bildirib.

Y.Müslümov oğlunun həbs olunmasını təkzib edib:

“Ola bilər, harasa çağırıblar, çağırmayıblar, bilmirəm, amma indi evdədir. Biz telefonda elə şeylərdən danışmırıq. Səlimin öz canı üçün, dindirməyə aparıblar yoxsa yox, onu da bilmirəm. Görünür, məlumatı məqsədli şəkildə, oğlumu istəməyənlər yayıb”.

Əldə etdiyimiz məlumata görə, sabiq nazir səhər saatlarında hüquq-mühafizı orqanları tərəfindən dindirilib və daha sonra sərbəst buraxılıb.

Qeyd edək ki, bu gün Unikal.org.az saytı sabiq nazirin korrupsiya faktına görə həbs olunduğu məlumatını yayıb.