27 May 2024

Rusiyanın iki şəhərindən Qəbələyə uçuşlar başlayır

Rusiyanın “Azur Air” şirkəti paytaxt Moskvadan və Sankt-Peterburq şəhərindən Azərbaycanın Qəbələ şəhərinə uçuşların həyata keçirilməsinə dair razılıq əldə edib.

“Report” bu barədə “İnterfaks” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, aviareyslər bu aydan yerinə yetirilməlidir.

Xatırladaq ki, “Azur Air” sözügedən istiqamətdə uçuşları 2014-cü ildən həyata keçirib.