27 İyul 2024

Rusiya-Azərbaycan sərhədi gələn il martın 1-nə kimi bağlanır

“Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizdə sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021- ci ilin 1 mart tarixinədək bağlı olacaqdır”

Bu barədə Report-un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir:

“Qış fəslini, əlverişsiz hava şəraitini, infrastrukturun və məişət şəraitinin olmamasını nəzərə alaraq, həmçinin ciddi problemlərlə üzləşməmək üçün Səfirlik Azərbaycan Respublikası vətəndaşlarından sərhədi keçmək məqsədi ilə Dağıstana getməkdən çəkinməyi təkidlə xahiş edir”.