27 İyul 2024

“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

Koronavirus səbəbindən Azərbaycan Premyer Liqasının və kubokunun təqviminə dəyişiklik edən Peşəkar Futbol Liqası (PFL) çempionatın 5-ci turundan təxirə salınmış “Səbail” – “Qarabağ” oyunu ilə bağlı yekun qərarını verib.

“Report”un PFL-in rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın vaxtı dəyişdirilib.

Görüş əvvəldən nəzərdə tutulduğu kimi fevralın 8-də deyil, yanvarın 28-də baş tutacaq.