Qarabağda sənaye və tekstil fabrikləri yaradılacaq
![](https://media1.az/wp-content/uploads/2021/01/2cd4bdebf44bd77e5d6f71cb2fd7cf9d.jpeg)
Qarabağda məskunlaşacaq vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə sənaye və tekstil fabriklərinin qurulması planlaşdırılır.
Türkiyə Sahibkarları Birliyindən (TÜMKİAD) “APA-Economics”ə verilən məlumata görə, layihənin icrasına dair qurumun nümayəndələri 18-22 yanvar tarixlərində Bakıda olacaqlar və ölkənin səlahiyyətli qurumların nümayəndələri ilə görüşəcəklər.
Səfər çərçivəsində Milli Məclisin nümayəndələri, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri ilə də görüşlər keçiriləcək.