25 Aprel 2024

Qədim Misirdən 17-ci əsrə qədər tarixdəki məşhur lənətlər və onların ortaya çıxma hekayələri

Tarix boyu insanlar lənətə inanıblar. Dildən-dilə yayılan və ağızdan-ağıza dolaşan bu lənətlər əfsanə halına gəlib və hətta filmlərin, kitabların və serialların mövzusu olub. Qədim Misir kimi sirli mədəniyyətlər haqqında bir çox hekayələr var.

Bəs bu lənətli əfsanələr necə yaranıb?
Kimsə uydurubmu, yoxsa həqiqətdir?

Tarixdəki bir neçə lənət əfsanələri haqqında maraqlı məlumatları təqdim edirik.

Гробницата Новини - Новини 24/7

Kral Tutanhamon lənəti

1923-cü ilin fevralında ingilis arxeoloq qrupu, e.ə 14-cü əsrdə Misir fironu Tutanhamon və ya digər adı ilə “Kral Tut”un məzarını açıb. İki ay sonra komandanın sponsoru bakterial infeksiyadan ölüb. Bunun üzərinə ingilis mətbuatı hadisəni “Kral Tutun lənətinə görə öldü” başlığı ilə yazıb. Baxmayaraq ki, heç bir dəlil yox idi. Bir müddət sonra isə ingilis arxeoloji komandasının digər üzvləri də ölüb. Bundan sonra mətbuat kral lənəti haqqında hərtərəfli araşdırmalara başlayıb.

1912-ci ildə Titanik batdıqdan sonra da bəzi qəzetlər gəminin “mumiyanın lənəti” üzündən batdığı barədə nəzəriyyə irəli sürüblər.

Həqiqətən neçə nəfərin bu lənətləri ciddiyə aldığı bəlli olmasa da, hekayələr “The Mummy” (1932) kimi qorxu filmləri və “Mummy’s Boys”(1936), “Abbott və Costello Meet” kimi komediyalar üçün son dərəcə populyar mövzulara çevrilib.

unnamed

Polşa Kralının məzar lənəti

1973-cü ildə bir qrup arxeoloq Polşanın Krakov şəhərində XV əsr Polşa kralı IV Casimir Jagiellonun məzarını açıb. 50 il əvvəl Kral Tutun məzarının açılışında olduğu kimi, Avropa mediası da hadisəni həyəcanlı bir şəkildə təqdim etməyə çalışıb. İştirak edən tədqiqatçılar məzarı açaraq lənətlənmə ehtimalını gözə aldıqlarını söyləyiblər.

Komanda üzvlərindən bəziləri qısa müddət sonra ölməyə başladıqda, bir neçə KİV-lər bunun lənətə görə olduğunu iddia ediblər. Daha sonra mütəxəssislər qəbir içərisində tənəffüs edildikdə ağciyər xəstəliyinə səbəb ola biləcək ölümcül göbələyi aşkar ediblər.

Almaz lənəti

1660-cı illərdə Fransız zərgər satıcı Jean-Baptiste Tavernier Hindistana səfəri zamanı mənşəyi bilinməyən böyük bir almaz satın alıb. 20-ci əsrdə Amerika və Avropada Tavernierin almazı bir hindu tanrıçasının heykəlindən oğurladığı barədə əfsanə ortaya çıxarıb. Bu xəbəri yayan qəzet və zərgərlər almazın lənətləndiyini və sahiblərinə uğursuzluq gətirdiyini iddia ediblər.

1839-cu ilə qədər almaz Londondakı hollandiyalı bir kolleksiyaçı tərəfindən alınıb. Bir müddət sonra Avropa və Amerika qəzetləri almazın yeni sahibi Hope Diamondun lənət daşıdığını iddia etməyə başlayıb. 1910-cu ildə isə almazın qiymətini dəyərli etmək üçün belə hekayə uydurulduğu məlum olub. Bunu, almazın sonuncu sahibi fransız bir zərgərə etiraf edib.

Macbeth [Rescheduled] | Marina Theatre

Makbet lənəti

Teatr tarixində də bir çox batil inanclar mövcud olub. Aktyorlara şans diləmək şanssızlıq kimi bilinib.

Bir zamanlar teatrlarda Şekspirin tamaşası xaricində “Makbet” sözünün deyilməsinin uğursuzluq gətirdiyinə də inanılırdı. Bunun səbəbi tarixən tamaşanın hazırlanmasında həmişə bir faciənin baş verməsi olub.

“Makbet” Şeksprin ən məşhur əsərlərindən biridir.

Tamaşa ilə əlaqəli lənətli əfsanə, “Makbet”in ilk təqdimatından təxminən üç əsr sonra, 1870-ci illərdə anadan olan ingilis karikaturaçı və tənqidçi Maks Berbohm ilə başlayıb. Berbohm “Makbet” in bu qədər populyar bir tamaşa olmasından narahat olub. Berbohm  “Makbet”i canlandıran ilk aktyorun tamaşanın açılış gecəsindən əvvəl ölməsi haqda bir hekayə uydurub.

O zamandan bəri bu tamaşanın lənətli olduğu, onunla maraqlananlara pis şans gətirdiyinə inanılır.

Turan Oruc
Musavat.com