27 İyul 2024

Putin və Makron Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin görüşü barədə müzakirə aparıb

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

V. Putin və E. Makron sabah Moskvada Rusiya Prezidentinin təşəbbüsü və iştirakı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş barədə müzakirə aparıb.