27 İyul 2024

Nəzakət Teymurova Amerikadakı konsertin gəlirindən danışdı

Xalq artisti Nəzakət Teymurova bir müddət əvvəl Amerikada baş tutan konsertindən söz açıb.

Axşam.az xəbər verir ki, xanəndə bu haqda qonaq olduğu “Günün sədası” proqramında danışıb. İfaçı həmkarlarının da yer aldığl tədbirdən əldə oluban məbləğdən bəhs edib:

“Hər bir vətəndaşın çiyinlərində öz yükü var. Aylar əvvəl Amerikada baş tutan konsertdən toplanan vəsait Qarabağın minalardan təmizlənməsinə göndərildi.

Bunun üçün isə iki it alındı. Biz sənət insanlarına da xoşdur ki, Vətənimiz üçün önəmli olan işlərdə bir damla köməyimiz var. Dövlətimizin, millətimizin adı çəkilən yerdə canla-başla, sənət yoldaşlarımla bərabər iki əlli ordayıq”.

Qeyd edək ki, konsertdə eyni zamanda Xalq artisti Brilliant Dadaşova, Ənvər Sadıqov, Əməkdar artist Abbas Bağırov da yer alıb.