25 İyun 2024

Mustafaağalı kəndində şəhidlərin xatirəsinə bulaq inşa olunub

Bərdə rayonunun Mustafaağalı kəndində yeddi şəhidin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilən bulağın üzərində son tamamlama işləri aparılır.

Media1.az xəbər verir ki, bulaq kənd sakini İsmayıl Seyidovun təşəbbüsü və şəxsi maliyyəsi hesabına inşa olunur.

Kəndin mərkəzindəki poç məntəqəsinin qarşısında inşa edilən bulağın üzərinə 7 şəhidin- Birinci Qarabağ müharibəsinin şəhidləri Göyüş Qarayevin, Mübariz Muradovun , aprel döyüşlərində şəhid olmuş Səbuhi Musayevin, İkinci Qarabağ Vətən müharibəsində canından keçmiş şəhidlərimiz Behbud Behbudlu, Cəlal Calalzadə, Asəf Əsgərov,Fəqan Ziyadovun  şəkilləri mərmər lövhəyə həkk olunub.

Xatirə bulağının inşası  barədə İsmayıl Seyidov bildirib ki, əsas işlər yekunlaşıb. Hazırda bulağın ətrafında ağaclar  əkilir və son tamamlama işləri aparılır.