27 İyul 2024

Millimizin oyunlarının vaxtı müəyyənləşdi

17 yaşadək qadınlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B liqasında 3 komandalı qrupda yer alan yığma sentyabrın 27-də Monteneqro, 30-da isə Albaniya ilə qarşılaşacaq.

Bu qrupun görüşləri Albaniyada olacaq.

Qeyd edək, 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2022-ci ildə Bosniya və Herseqovinada gerçəkləşəcək.