Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə sənədli film hazırlanıb
Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə “Zor təfəkkürü” (“Cтиль мьıшления: вандализм” – “Thinking style: vandalism”) adlı sənədli film hazırlanıb.
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, rus dilində (ingilis dilində subtitrlərlə) hazırlanan filmin başlıca məqsədi beynəlxalq ictimaiyyətin diqqətini ermənilərin tarixdən bu günə qədər əzəli Azərbaycan torpaqlarında tarixi-dini, eləcə də mədəni abidələrimizə qarşı törətdiyi vandalizm aktlarına yönəltmək və bu istiqamətdə atılmış addımlara töhfə verməkdən ibarətdir.