27 İyul 2024

Kreml: Moskva və Bakı bütün məsələlərlə bağlı sıx dialoqdadır

Moskva və Bakı bütün məsələlərlə bağlı sıx və konstruktiv dialoq həyata keçirir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Moskva və Bakı bütün məsələlərlə bağlı müntəzəm və çox sıx konstruktiv dialoq vəziyyətindədir. Bu suala cavab olaraq sizə deyə biləcəyim yalnız budur”, – deyə Kremlin sözçüsü Rusiya helikopterinin vurulmasının təhqiqatında Azərbaycan Rusiya ilə əməkdaşlıq edirmi?” sualına cavabında qeyd edib.