27 İyul 2024

Fevralın 1-dən ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək- Nazir açıqladı

“Fevralın 1-dən tədris mərhələli şəkildə bərpa olunur”.

Media1.az bildirir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, fevral 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarmadası, eləcə də bütün ölkə ərazisində ibtidai siniflər, məktəbədhazırlıq qrupları və icma əsaslı məktəbəqədər qrupların əyani təhsili qismən başlayır:

“Böyük şəhərlərdə həftədə 3 dəfə olmaqla, digər bölgələrdə sıxlıq imkan verdikcə həftədə 4 və ya 5 dəfə olamqla tədrisin bərpa olunması ilə bağlı qərar verilib”.

Nazir həmçinin qeyd edib ki, fevralın 1-dən növbəti iki həftə ərzində 5-9-cü siniflərin, ali təhsil müəssisələrində də qismən təshilin bərpa edilməsi ilə bağlı qərarların verilməsini nəzərdə tutulur:

“Metronun açılması ilə bağlı qərar verilərsə, 5-9-cu siniflərin təhsilinin bərpa edilməsinə şərait yarada bilər”.