15 İyun 2024

Erməni həyasızlığı: Kəlbəcərdən yol istəyi və 62 terrorçunun davası

Çox dəqiq ifadədir: “ermənilər yenə qaşınır”. Bu toplum 2016-cı ilin 4 günlük dərsindən nəticə çıxartsaydı, heç 2020-ci ilin 44 günlük “Dəmir yumruq” əməliyyatına ehtiyac qalmazdı. İti kimi qovulanlar Qarabağdakı rus sülhməramlıların mərhəmətinə arxayın olub, Xankəndiyə sığınıb geri qayıdarkən anlamırlar ki, bu, Azərbaycan dövlətinin humanizminin məntiqi nəticəsidir. 

Əks təqdirdə… Prezident İlham Əliyev bu barədə elə Şuşadan aşağı, Xankəndinə əlini uzadaraq xəbərdarlığını edib, əsgər də əmrə hazırdır. Amma görünür ki, yox, “qaşınma”nın dərəcəsi yüksəkdir və “hərbi müdaxilə”yə ehtiyac yaranacaq belə getsə…

Son olaraq ermənilərin Qarabağdan sayca 1251-ci meyitin qalıqlarını tapdıqları xəbərini oxudum. Təkcə Qarabağ erməniləri! Təsəvvür edirsiniz itkinin miqyasını? Dövlət başçımızın dediyi kimi, Qarabağda 60-65 min erməni yaşayıb. Deməli, hər 5-6 nəfərdən biri məhv edilib! Özü də “gəmidə oturub gəmiçi ilə dava etdiklərinə”, Azərbaycan torpağında ikinci dəfə özləri üçün “dövlətcik” düzəltməyə cəhd göstərdiklərinə görə cəzalarını alıblar. Amma görünür ki, yox, ağılları başlarına gəlməyib, nə təxribatların arası kəsilir, nə hədyanların. 

İlham ƏLİYEV, Müzəffər Ali Baş Komandan: Mən Şuşaya son dəfə 39 il bundan  əvvəl gəlmişəm

Azərbaycan dövləti bu qədər humanistlik göstərib, qanunlarına  hörmətlə yanaşanlara öz vətəndaşı kimi yanaşacağı barədə mövqeyini ifadə edib, dəhliz yol ayırıb… Bəs, ermənilər? Tarix boyu olduğu kimi, “barmaq uzadanda biləkdən yapışıblar”. Buyurun, iddia edirlər ki, onlar üçün Laçın dəhlizi uzaqdır, gərək Kəlbəcərdən də yol verilsin. Xudavəng monastırını ziyarət imkanı yaratdıq, indi də dəhliz istəyirlər. Həyasızlığın miqyasını təsəvvür edin! Az qala 30 ildir Laçın dəhlizindən Ermənistana gedib-gəlməyin davasını aparırdılar danışıqlarda, indi Kəlbəcər dəhlizini ortaya atıblar. Hətta Azərbaycana məxsus yük maşınlarının qarşısını kəsiblər, işə Rusiya sülhməramlıları qarışıb. 

Şuşa-Laçın labirinti: Ordumuz hansı yolu seçəcək? » Ovqat.com

Təbii ki, ermənilər özbaşına deyillər, onları qızışdıranlar var, özü də təkcə Rustam Muradovun rəhbərlik etdiyi heyət deyil. Burada Ermənistandakı qüvvələrin də maraqları var, Fransanın da, Ağ Evin yeni administrasiyasının da. Yenidən Qarabağ ermənilərini qızışdırıb ortaya salırlar ki, Minsk Qrupunu diriltsinlər, İrəvandakılara da ona görə lazımdır ki, diqqət daxildən yayınsın, Paşinyan da dövranını sürsün. Düzdür, bəzi hallarda ermənilərin içərisində ən ağıllı və konstruktiv təsir bağışlayan elə Nikoldur, lakin həmişə yox.

Düzdür, Nikol Paşinyan onu çarmıxa çəkən erməni deputatları başa salmağa çalışdı ki, Şuşa erməni şəhəri olmayıb və bu məsələ mübahisə mövzusu deyil. Ancaq növbəti gün nə etdi? Ermənistanın baş naziri təhlükəsizlik şurasının iclasını çağırdı və yenə də yuxarı başda Qarabağ terrorçusu Araik Arutyunyanla yanaşı oturdu. Həm də dedi ki, belə müzakirələr tez-tez keçirilməlidir. Arutyunyan o canidir ki, “Gəncəni bombalamağı mən əmr etdim”, deyib. Hələ digər cinayətlərini kənara qoyuram. Onun barəsində Azərbaycanda cinayət işi qaldırılıb. İndi onu qucağında oturtmaqla Nikol nə demək istəyir? Rusiyanın vasitəçiliyi və təşəbbüsü ilə iki xilas sənədinə imza atan Paşinyan yenə də təhlükəli oyunlar oynayır, Şuşada oynadığı kimi…

Son Dakika Haberleri: Paşinyan yenilgiyi ilan etti ve Ermenistan Karabağ'da  teslim oldu

Ermənistan hakimiyyətinin belə, əslində son iki il yarımda adət etdiyimiz ziddiyyətli siyasəti və mövqeyidir ki, bu ölkənin “xaric səsləri” gündən-günə çoxalır. Məsələn, müstəqil deputat Taqui Tovmasyan deyib ki, yaxın günlərdə vətəndaşlar Vardenis-Kəlbəcər yolunun açılması tələbi ilə yolları bağlayacaqlar. Bir yolu bağlayırlar ki, o birisinin açılmasına nail olsunlar! Özü də özlərinin mundar mövqeləri, alçaqlıqları səbəbindən üzlərinə qapanmış yolları indi guya hərbə-zorba gəlməklə açdırmaq istəyirlər. Dünən şivən salmışdılar ki, Azərbaycan əsgəri Kəlbəcər istiqamətindən Ermənistan sərhədinə bayraq sancıb, sərhəddə yaşayanlar da qaçırdılar, indi isə… Şübhəsiz ki, bunları qızışdıranlar var. Amma olsun, necə ki, tarix boyu qızışdırıblar, cəzalarına çatıblar, bu dəfə də buyursunlar! İstənilən halda, Azərbaycan ermənilərin bu oyunbazlığına qəti şəkildə razı olmayacaq, buna əminəm! Bu gün Azərbaycan vətəndaşı Şuşaya öz ərazisindən keçib gedə bilmir, 3-4 dəfə artıq məsafə qət edir. Erməninin minnəti olsun ki, ona Laçından yol verilib. Xoşları gəlmir, yolları cəhənnəmə sarı olsun! Cənnət Qarabağdan rədd olsunlar! 

Ermənilərin şivən saldığı ikinci mövzu da var: Azərbaycandakı 62 terrorçu ilə bağlı. Nə qədər həyasız olasan ki, başqa ölkənin ərazisində terror törətmək üçün göndərdiyin canilərin azad olunması üçün Amerikaya, Avropaya, BMT-yə müraciət edəsən! Azərbaycan antiterror koalisiyasının üzvü kimi öz ərazisindəki terrorçuları da məhv etməyə qadirdir və borcludur, ermənilər bunu qanmırmı?

Azərbaycanda 62 əsir var – Erməni deputat

Bu günlərdə Bakıda üzərində “Kalaşnikov” gəzdirən şəxs saxlanıldı. Onun hansısa cinayət törətdiyi məlum deyil, amma qanunu pozub, silah gəzdirib və cəzasını alacaq. İndi bu erməni vələdüzinalar iddia edirlər ki, Şirak vilayətindən Qarabağa azərbaycanlıları qırmaq üçün göndərdikləri terrorçular sərbəst buraxılsın! Ay siz öləsiniz! Hələ o canilər Azərbaycanın mülki şəxslərini və hərbçilərini qətlə yetirib, yaralayıblar. Bəlkə elə ərazilərdə basdırdıqları minalar da var. Belələrinin azadlığa buraxılması hansı qanunda var?!

90-cı illərin Qarabağ müharibəsində Ermənistan 5 minə yaxın azərbaycanlını əsir və girov götürüb. İndi demirlər “hamının hamıya” prinsipinə razıyıq? Buyursunlar, həmin azərbaycanlıları sağ-salamat qaytarsınlar, Bakıdan da adekvat cavab gözləsinlər. Hər halda Azərbaycan çox güzəşt etdi: 14 əsirimizin qarşılığında 44 erməni hərbçisini qaytardı. Paşinyan da etiraf etdi ki, indiyədək Ermənistan bu qədər əsir qaytarmamışdı…