27 İyul 2024

“Ekoloji təmiz məhsul” sosial çarxın təqdimatı olub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İB-yi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında “Ekoloji təmiz məhsul” istehsalının təşviqi”layihəsi çərçivəsində hazırlanmış sosial çarxın Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təqdimatı keçirilib.

Media1.az-ın xəbərinə görə təqdimatda Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin aqronom ixtisaslı tələbələr iştirak ediblər.

Kollecin direktoru ” ekoloji təmiz məhsulun” təşviq edilməsini aktual olduğunu bildirib. Həyata keçirilən layihənin ideya məzmunu, qarşıya qoyduğu məqsədin günün tələbi ilə səsləşdiyini vurğulayıb. Layihə çərçivəsində görülən işləri yüksək qiymətləndirib.

Layihə rəhbəri Musa Muradlı bildirib ki, “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ” ekoloji təmiz məhsul” istehsalının təşviqi layihəsi Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən qrant müsabiqədə qalib olan layihələrdəndir. Layihə müddətində Ağdam , Ağcabədi, Tərtər, Bərdə rayonlarının fermerləri üçün seminar təşkil edilib. Fermerlərə ” ekoloji təmiz məhsul” istehsalı təşviq olunub. Ekoloji təmiz məhsul haqqında buklet hazırlanıb. Eyni zamanda “ekoloji təmiz məhsul” adlı sosial çarx çəkilib.

Musa Muradlı gənc aqranomlarla keçirilən təqdimat görüşünü həm də hesabat tədbiri adlandırıb. Gənc aqranomların gələcəkdə bu ideyanın genişlənməsində və təşviqatın aparılmasında əməli işlər görə biləcəyinə əminliyini bildirib.

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilə sosial çarxın təqdimatı tələbə gənclər tərəfindən maraqla qarşılanıb. Təqdimatın ardınca tələbələrlə diskusiya aparılıb.

Onu da qeyd edək ki, sosial çarxın təqdimatı ilə yanaşı keçirilən tədbirlərin xülasə yekunu olaraq seminarlardan hazırlanmış videohekayə nümayiş etdirilib.