27 İyul 2024

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub

Vilayət Eyvazov əmr imzalayıb

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. AYNA Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Vilayət Eyvazov əmr imzalayıb.

Belə ki, polis polkovnik-leytenantı Ramiz Novruzov Səbail rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəis müavini təyin olunub.

Qeyd edək ki Nizami RPİ-nin əvvəlki rəis müavini Nəvai Qasımov bir müddət əvvəl Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub.