Daha 4 siyasi partiyaya ofis sahələri verilib FOTOLAR
![](https://media1.az/wp-content/uploads/2020/12/73886606c3471d40ab5b93eafb96f7d6.jpg)
Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan uğurlu siyasi-iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtidar-müxalifət dialoqu və siyasi plüralizm ənənələri formalaşır. Bu islahatların tərkib hissəsi olaraq, siyasi partiyaların fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər görülür.
İqtisadiyyat Nazirliyindən Musavat.com-a verilən məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, siyasi partiyalar iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi məqsədilə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunur, onların iş şəraiti yaxşılaşdırılır.
“Dekabrın 17-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 4 siyasi partiyaya ofis sahələrinin açarları təqdim olunub. Azərbaycan Respublikaçılar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar”, – nazirlikdən bildirilib.
Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən son günlərdə 14 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin edilib.
![](https://b.radikal.ru/b23/2012/13/7a7d06439ad7.jpg)
![](https://a.radikal.ru/a06/2012/19/b886458d9c44.jpg)
![](https://d.radikal.ru/d19/2012/1d/5ec83e3053bc.jpg)