20 İyul 2024

Bərdənin Zümürxan mədəniyyət evində ordu gününə həsr olunmuş tədbir keçirilib

Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı Zümürxan kənd Mədəniyyət evində Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir təşkil edilib.

Media1.az-ın xəbərinə görə , tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlayıb. Ardınca vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiram duruşu ilə yad edilib.

Tədbirdə Azərbaycan ordusunun yaranma tarixindən , keçdiyi şərəfli yoldan danışılıb, vətənpərvərliyi tərənnüm edən şer və mahnılar ifa olunub.

Musa Muradlı- Media1.az