Azad Rəhimov komaya düşüb?
![](https://media1.az/wp-content/uploads/2021/01/172a634d7cb8c9265d3c3f1f4c3389bd.png)
Musavat.com Unikal.org-a istinadən xəbər verir ki, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb. O, təcili ABŞ-a aparılıb, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb.
Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir.
“Qafqazinfo” məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb. Qurum rəsmisi sadəcə “yalandır” deməklə kifayətlənib.