27 İyul 2024

“Azərbaycanla dəmir yolunun açılması məsələsi…”-erməni qubernator FOTO

Azərbaycanla dəmir yolunun açılması məsələsi işçi müzakirələr mərhələsindədir.

Media1.az Musavat.com-a istinadən xəbər verir ki, bunu erməni mediasına Ermənistanın Tavuş vilayətinin qubernatoru Ayk Çovanyan deyib.

Bundan əvvəl baş nazirin müavini Mqer Qriqoryan yerli mətbuata açıqlamasında bildirmişdi ki, Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sovet dövründə fəaliyyət göstərmiş bütün kommunikasiyaların blokadadan çıxarılması məsələsi müzakirə olunur. O zamansa Tavuş vilayəti Azərbaycanla İcevan-Qazax-Bakı dəmir yolu xətti vasitəsilə birləşirdi. A.Çobanyan da öz növbəsində bildirib ki, dəmir yolunun bərpası istiqamətində müzakirələr davam edir. “Məncə, bu, qarşıdakı illərdə ölkəmizin iqtisadi inkişafı üçün imkanlardan biridir”, Çobanyan əlavə edib. Qubernator qeyd edib ki, xüsusisilə cənub istiqamətilə bağlı intensiv müzakirələr aparılır. “Məsələ işçi müzakirə mərhələsindədir və indiki halda heç bir qərar haqqında danışa bilmərik”, Çobanyan bildirib. Əlavə edib ki, danışıqlar həm dəmir yolu, həm də avtomobil yolu kommunikasiyası ilə bağlı aparılır.