27 İyul 2024

Azərbaycanda distant təhsilin müddəti uzadıldı

Nazirlər Kabinetinin xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarında dəyişiklik edilib.

Modern.az-ın məlumatına görə, dəyişiklikliyə əsasən, tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil edilməsi müddəti 2021-ci il yanvarın 31-dək uzadılıb.