27 İyul 2024

Almaniya saytı: “Avropa İttifaqını daha 5 ölkə tərk edəcək”

İtaliya, Polşa, Macarıstan, Finlandiya, Avstriya blokdan çıxa bilər

Böyük Britaniyanın Avropa İttifaqından çıxışı (Brexit) avroskeptiklərə qol-qanad verib. Almaniyanın “Die Welt” nəşri yazır ki, Avropa İttifaqını daha 5 ölkə tərk edə bilər. Bu isə fəlakət deməkdir.

Bu barədə Böyük Britaniyanın “express.co.uk” saytı xəbər yayıb.

Britaniyalı siyasətçi Nigel Farage 2020-ci ilin əvvəlində qeyd etmişdi ki, Böyük Britaniyanın gedişi Avropa İttifaqının başına “çəkic zərbəsi” endirmək anlamına gəlir. Cənab Farage onu da vurğulamışdı ki, İtaliya və Polşanın Britaniyanın izi ilə gedəcəyi ehtimalı yüksəkdir.

“Euronews”un keçirdiyi sorğuya əsasən İtaliya əhalisinin 45 faizi bu ölkənin Avropa İttifaqından çıxmasını istəyir. Fransa əhalisinin 38, İspaniyanın 37, Almaniyanın isə 30 faizi Avropa İttifaqının əleyhinədir. “İtali-exit” siyasi partiyasının rəhbəri Gianluigi Paragone İtaliyanı “Avropa Birliyi və vahid pul qəfəsindən” azad edəcəyinə söz verib.

Britaniya qəzeti yazır ki, “Die Welt” maliyyə nazirliyinin strategiya sənədinə istinad edərək Fransa, Hollandiya, Avstriya, Finlandiya və Macarıstanın Brexitdən sonra bloku tərk etmək istəməsindən Almaniyanın narahat olduğunu bildirir.

Britaniya nəşri xatırladır ki, Fransanın keçmiş xarici işlər naziri Jean-Marc Ayrault bu məsələ ilə bağlı belə demişdi:

“Avropanı insanların rahat yaşaması üçün gözəl bir məkana çevirmək lazımdır. Əsas olan budur. Avropada hələ çox sayda işsiz var, çox adam yaşam şərtlərindən razı deyil”. Keçmiş Fransa prezidenti Fransua Holland Brexitin yalnız Avropa üçün deyil, bütün dünya üçün suallar yaratdığını bildirmişdi: “Bütün planet üçün bir sual var, nə olacaq?” Danimarkanın keçmiş Baş naziri Avropa İttifaqında narazılığa daha çox diqqət yetirilməsini arzulamışdı. Lars Loekke Rasmussen demişdi: “Avropa İttifaqı yersiz müdaxilədən çəkinməlidir. Əgər bir ölkə bir işin öhdəsindən uğurla gəlirsə, oraya müdaxilə etmək lazım deyil”.

Göründüyü kimi, Avropa İttifaqının dağılma ehtimalı ilə bağlı deyilənlər sadəcə iddia deyil. Bu İttifaqı tərk etmək istəyən xeyli dövlət var. Xüsusən İtaliya və Polşanın bu blokdan tezliklə çıxacağı gözlənilir.

Elbəyi Həsənli, Sürix

EU disaster as German paper listed FIVE countries to follow Britain out of bloc | World | News | Express.co.uk