27 İyul 2024

Allahverdi Bağırovun məzarı üzərində monumental abidə ucaldılacaq – FOTO

Allahverdi Bağırovun məzarı bərpa olunacaq.

Media1.az ARANTV.AZa istinadən bildirir ki, Milli Qəhrəmanın Ağdamda yerləşən qəbri üzərində məzar kompleksi inşa ediləcək.

Xatırladaq ki, Allahverdi Bağırov 1992-ci ilin 14 iyununda minaya düşərək şəhid olub. Həmin vaxt Allahverdi Bağırov Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Müharibə vaxtı Bağırovun məzarının üzərinə beton tökülsə də, ona baş daşı qoyulmamışdı.

Qeyd edək ki, Vətən müharibəsindən sonra Ağdam işğaldan azad olundu və Allahverdi Bağırovun yadigarı iki qızı 27 il sonra atalarının məzarını ziyarət etmişdilər.