18 İyun 2024

Ağdamda Azərbaycan və Türkiyə hərbi istehkamçıları mühəndis təminatı üzrə tapşırıqları icra edir VİDEO

Azad edilmiş Ağdam rayonu ərazisində Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti Azərbaycan Mühəndis Qoşunlarının bölmələri ilə birgə mühəndis təminatı üzrə tapşırıqları icra edir.

Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, hər iki ölkənin hərbi istehkamçıları əkin sahələri və əlaqə yollarını mina və partlamamış mərmilərdən təmizləyərək istifadəyə yararlı vəziyyətə gətirir.

Azad edilmiş ərazilərimizdə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Azad edilmiş ərazilərimizdə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.