27 İyul 2024

ABŞ-dan Putinə: “5 dəfə görüş təklif etdik…”

ABŞ artıq Rusiyaya strateji hücum silahlarının məhdudlaşdırılması və ixtisarı tədbirləri haqqında razılaşmanın uzadılması ilə bağlı beş dəfə təklif irəli sürüb, amma Moskva hər dəfə ondan imtina edib.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin silahlanmaya nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli deyib.

“Beş dəfə, o cümlədən məktub şəklində təklif etmişik ki, dondurulma ilə bağlı razılaşmanın bağlanması üçün görüşək”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Moskvanın strateji hücum silahları haqqında razılaşmanı müzakirə etməyə hazır olduğunu, amma Vaşinqtondan reaksiya gözlədiklərini deyib.