27 İyul 2024

2021-ci il dünya ölkələri və Azərbaycan üçün necə keçəcək? – Natiq Cəfərlidən maraqlı ŞƏRH

Yeni ilin ilk günündə tanınmış ekspert və siyasət adamları onun necə keçə biləcəyi ilə bağlı ilkin proqnozlarını səsləndirirlər.

Musavat.com xəbər verir ki, iqtisadçı ekspert, ReAL Partiyasının icra katibi Natiq Cəfərli də ümumən dünya, habelə Azərbaycan üçün 2021-ci ilin necə keçəcəyi ilə bağlı təhlil hazırlayıb.

N.Cəfərli bildirib ki, dünyada 2021-ci lin ilk 3-4 ayı “vaksin” sözü altında keçəcək, hətta yeni “vaksin müharibələri” görəcəyik, ABŞ, Avropa, Çin, Rusiya vaksin yarışına girib, öz əhatə dairəsini məhz peyvəndləmə ilə genişləndirməyə çalışacaqlar. Söhbət hansı vaksinin effektli olub-olmamağından daha çox, hansı ölkə hansı güc mərkəzinə loyallıq göstərməsindən gedəcək. İnsanların peyvədlənməsi fonunda əvvəl virusa münasibət, onun media təqdimatı dəyişəcək, sonra ümumiyyətlə, pandemiya ləğv olunacaq.

İqtisadçı ekspert daha sonra ayrı-ayrı dünya ölkələri və Azərbaycan üçün 2021-ci il təxminlərini belə sıralayıb:

ABŞ: Joe Biden and içib işə başlayandan sonra Amerikada yeni gündəm formalaşmağa başlayacaq, Demokratların hakimiyyətə dönməsi həm də bir məsələyə görə önəmli idi ki, dünyada əzəli dəyərlərin yenidən gündəm olmasına, “yaşıl iqtisadiyyat”, ekologiya məsələsinin önə çıxmasına səbəb olacaq. Amma çox güman, bütün məsələlərdə Bidendən daha çox önə Kamala Harris çıxacaq və çox böyük ehtimal 4 illik Demokratlar hakimiyyəti məhz o xanım prezident kimi tamamlayacaq. Köhnə-yeni komanda AB, Çin, Rusiya və İran ilə yeni münasibətlər təsis etməyə çalışacaq. İranla daha asan anlaşmaya gedəcəklərsə də, Çin ilə asan olmayacaq, çox güman, yeni prinsiplər üzrə anlaşma lazım gələcək. Rusiyaya qarşı isə münasibət sərtləşəcək və burada Çinin alacağı mövqe rəsmi Pekinə münasibətlərin formalaşmasında önəmli rol oynayacaq.

ABŞ-ın 51-ci ştatı yaradıla bilər

Avropa Birliyi: BREXİT-dən sonra AB siyasəti dəyişməyə məcburdur. Əgər BREXİT Britaniya üçün daha uğurlu və dvidentli olacaqsa, bu pis örnək, presedent yarada, bəzi AB ölkələrində yenidən mərkəzdənqaçma addımlarını sürətləndirə bilər. Bunun ümün AB daha cəlbedici və böhranlara adekvat, tez və doğru reaksiya verən mərkəzə çevrilməlidir. Ümumiyyətlə, AB gələcəkdə iki “liqaya”, yüksək və birinci “divizion” ölkələrinə bölünə bilər. Çünki, inkişaf və dəyərlər AB ərazisində belə çox fərqlidir deyə, birgə qərarların alınıb həmən uyğulanması prosedur çətinliklərindən başqa, inkişaf səviyyəsinə də dirənir.
Böyük Britaniya: BREXİT-dən sonra bu ölkə, “üzərində günəş batmayan” İmperiya daha rahat və çevik qərarlar almağa başlayacaq. Yeni ittifaq quruculuqlarının təşəbbüskarına, ayrıca müstəqil oyunçuya çevrilə bilər. Britaniyanın yeni maraqlı “dördbucağın” – Britaniya, Türkiyə, Ukrayna və Azərbaycan formatının moderatoru olması mümkündür ki, bu da “dördbucaq” ölkələri üçün həm yeni fürsətlər, həm də yeni çağırışlar yarada bilər.

Avropa Birliyi Paşinyanın bəyanatını pisləyir

Rusiya: Şimal qonşumuzun son 5 ildə aqressiv xarici siyasətinin təməl səbəbi daxili sistem problemləri, əhalinin diqqətini daxildəki problemlərdən xaricə yönəltməkdir. Dünyanın ərazi olaraq ən böyük, resurs olaraq ən zəngin ölkəsi hələ də Böyük Dövlət, İmperiya olmağı ərazi genişliyi ilə ölçür, öz gücünü aqressiv böyümədə görür. Amma, bu yolun dalan olduğu da görünür deyə, Kreml “yumşaq güc” elementlərini daha da artıraraq yaxın çevrəsində olan ölkələrə təzyiq kimi tək “zopadan” yox, həm də siyasi-ictimai proseslərə müxtəlif alətlərdən istifadə edəcəyi aşkar görünür.

Russia Cruises: prices, offers and promotions | Costa Cruises

Türkiyə: Qardaş ölkənin iqtisadi və hüquqi problemləri həddən artıq çoxalıb, Ərdoğan 2021-ci ili hüquqi və iqtisadi islahatlar ili elan edib – bu çox yaxşıdı, məncə, bizə – Azərbaycana da bunun pozitiv təsirləri olacaq. Ümumiyyətlə, elə bir vəziyyət yaranıb ki, Türkiyənin mləkətimizə təsir imkan və resuraları artıb – bunun pozitiv tərəflərindən istifadə etməli, neqativ tərəflərini isə neytrallaşdırmağı bacarmalıyıq. Amma görünən odur ki, qardaş ölkədə “Post-Ərdoğan” dönəminə də ciddi hazırlıqlar gedir – yeni partiyalar və güc mərkəzləri formalaşır. Məncə, əsas məqam isimlər üzərindən deyil də, sistem üzərindən seçimə yönələcək, görünın odur ki, yenidən güclü Parlamentar sistemə keçid istəyən qüvvələrin koalisiya yaranacaq və sonda məhz bu istiqamət qalib gələcək.

Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinə pandemiya necə təsir edib? |  Report.az

İran: Cənub qonşumuzda iqtisadi və sosial problemlər, sistem problemləri xeyli artıb – İran ciddi açılıma “hamilədir”. Tramp komandasının 4 illik sərt sanksiya rejimi effekt vermədi – tam tərsi, İranın Rusiya və Çinlə yaxınlaşmasına səbəb oldu. Çox güman, Biden administrasiyası 2021-ci ildə yeni, qəbuledilən şərtlərlə “böyük 6-lıq” sazişinə geri dönüb İranla yeni münasibətlər qurmağa çalışacaq. İsraildə 23 mart 2021-ci ildə baş tutacaq yeni seçkilərdən sonra bu iş daha sürətlə gedəcək. İranın açılması bölgəmiz üçün yeni iqtisadi fürsətlər yaradacaq ki, Azərbaycan burada önəmli “qapı” rolunu oynaya bilər.

Iran: can the EU help to defuse the situation? | News | European Parliament

Azərbaycan: 2020-ci il məmləkətimiz üçün həm çox ağır, həm də çox düşərli və inanılmaz il oldu. Şəhid və Qazilərimizn qəhrəmanlığı bizə möhtəşəm hərbi qələbə bəxş etdi – Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə acil şəfalar diləyirəm. Hərbi qələbənin siyasi, diplomatik, iqtisadi, sosial üstünlüyə, böyük uğura çevrilməsi üçün 2021-ci il çox mühüm il olacaq. Doğru təməllər atılmalı, düzgün qərarlar verilməlidir.

Azərbaycan) Azərbaycan reytinqdə öz yerinə qayıtdı - FOTO - Ailə travel

Hərbi qələbə insanımızı sevindirsə də, vətəndaşların köklü problemləri – sosial vəziyyətin ağırlaşması, kasıblığın və işsizliyin artması, alıcılıq qabiliyyətinin aşağı düşməsi, iqtisadi çətinliklər heç yerə itib-getməyib, tam tərsi, daha da kəskinləşib. Yaranmış yeni əlverişli geo-siyasi və hərbi üstünlüklərin böyük qazanca çevrilməsinin artıq tək yolu qalıb – sistem dəyişikliyi. Yeni Ana Yasa, bundan doğacaq yeni “oyun qaydaları”, idarəetmənin təkmilləşdirilməsi artıq olmazsa-olmazdır. Çünki, iqtisadi və sosial problemlərin kökündə duran məsələ siyasidir – iradəetmə fəlsəfəsi və üsulu dəyişməlidir ki, iqtidsadi islahatlar mümkün olsun. Biz nəhayət təməl ümumbəşəri dəyərlərə və dövlət quruculuğu prinsiplərinə başlamalıyıq – qüvvətlər ayrımından tutun da, yerli idarəetməyə qadər hər şey yenidən dizayn olmalıdır. Prezident özünü iqtisadi-sosial problemlərən ayırmalı, bu sahələr gücləndirilmiş Parlamentar sistem çərçivəsində məhz gələcək Parlamentdən çıxacaq hökumətə həvalə edilməlidir. Prezident xarici siyasət, daxili və xarici təhlükəsizlik, ordu quruculuğu işini öz üzərinə və birbaşa idarəetməsinə götürməklə yeni qaydalarla yaradılacaq hökumətə iqtisadi-sosial məsələlərin həllində sərbəstlik verməlidir ki, hökumətdə məsuliyyət də yaransın – çünki, səlahiyyət həm də məsuliyyət deməkdir. Vitse-prezidentlik institutuna da yenidən baxılmalı, birinci vetse-prezidentlik Ana yasada qala bilər, amma bir neçə vitse-prezidentlik yaradılması müddəası Konstitutsiyadan çıxarılmalıdır. Təbii ki, yerli özünüudarə institutu da yenidən təsis edilib seçkili Mer institutu yaradılmalı, bu addım elə Qarabağın hələ tam bizim nəzarətimizdə olmayan bölgələri ilə bağlı status məsələsini də həll etməlidir. Yəni, ölkənin tamamında eyni qaydalar ilə vətəndaşlar yerli seçkilərdə özlərinə Mer və təmsilçilər seçməlidirlər. Hüquq-mühavizə və məhkəmə sistemi də yeni qaydalarla dizayn edilib biznesə, iqtisadiyyata ağır bağ, yük olmadan çxmalıdır”.