23 Dekabr 2024

Xocavənd və Şuşa istiqamətində atəşkəs pozuldu – Rusiya hərbi kontingenti MƏLUMAT YAYDI

Rusiyanın Qarabağdakı hərbi kontingenti atəşkəs rejiminin pozulması ilə bağlı növbəti məlumat yayıb.

Musavat com bu barədə erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, Qarabağdakı Rusiya hərbi kontingenti Xocavənd və Şuşa rayonlarında atəşkəs rejiminin üç dəfə pozulması faktını qeydə alıb. Ölən və yaralananların olmadığı qeyd edilir.

O da bildirilir ki, faktlarla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı erməni (?!-M.) və Azərbaycan tərəfi ilə birgə araşdırma aparır.

Həmçinin bildirilir ki, sülhməramlılar Əsgəranda aztəminatlı və çoxuşaqlı ailələrə ərzaq bağlamaları paylamaq üçün humanitar aksiya keçirib.

Bu dəfə də Rusiya hərbi kontingenti atəşkəsi pozan separatçılarla bağlı konkret açıqlama verməyib. Həmçinin məlumatda yenə də qondarma erməni yarlıqlarından istifadə edilib və Azərbaycan toponimləri təhrif olunub.