24 İyul 2024

Vilayət Eyvazov polis mayorunu Şuşaya rəis müavini təyin etdi

Daxili İşlər Orqanlarında kadr dəyişikliyi olub.

Media1 oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər Naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Nicat Əliyev Ağcabədi rayon Polis Şöbəsinin sahə rəisi vəzifəsindən azad olunaraq Şuşa şəhər Polis Şöbəsinin Xidmət üzrə rəis müavini təyin olunub.