08 Sentyabr 2024

Ukraynalı Kipiş pulemyotla rusun qanadlı raketini vurdu

Rusiya dünən Ukraynanın bir çox şəhərini raket atəşinə tutub. Rəsmilər Ukraynanın müxtəlif ərazilərindəki 9 enerji obyektinin Rusiya qüvvələri tərəfindən atılan 76 raket və pilotsuz uçuş aparatları ilə vurulduğunu bildirib.

Media1.az xəbər verir ki, Ukrayna qüvvələri Rusiyanın atdığı 76 raketdən 60-nı vura bilib.

Xarkov meri deyib ki, şəhər güclü zərbə nəticəsində çox ağır zərər görüb. Krivı Roq şəhərində isə hücumlar nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb. Paytaxt Kiyevdə şəhər metrosu fəaliyyətini dayandırıb.

639d66484e3fe022c0f4adce.jpg (81 KB)

Hücumlardan sonra Ukraynanın ən çox danışılan simasi “Kipish” kimi tanınan əsgər olub.

Özünü “Hera” kimi təqdim edən komandir ukraynalı əsgərin mümkün olmayanı bacardığını və pulemyot ilə qanadlı raketi vurduğunu deyib. Komandir əsgərini ildırım sürəti ilə cavab verdiyinə görə tərifləyib.

“Associated Press”in yaydığı fotolarda “Kipish”in əlində rus raketinin bir hissəsi olduğu görünür.

Komandirin ifadəsinə görə, əsgər atəş açan zaman raketdən yaşıl qığılcımlar çıxıb, fırlanmağa başlayıb və sonra yerə çırpılıb.

639d665b4e3fe022c0f4add0.jpg (114 KB)

Beynəlxalq mediada ukraynalı əsgərin uğuruna geniş yer verilib.

Ukrayna Baş Qərargahının rəisi Valeriy Zalujnı hava hücumundan müdafiə sistemlərinin əksəriyyəti qanadlı raketlər olan bir çox raketi blokladığını açıqlayıb.

Kiyev şəhər rəsmiləri təkcə paytaxta 40-a yaxın raketin atıldığını bildirir ki, bu da fevralın 24-dən bəri ən böyük hücumdur. Kiyevə atılan 40 raketdən 37-si hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Nigar Cəfərli