27 İyul 2024

Təyyarə qəzası- azı 16 nəfər həyatını itirdi

Nepalda sərnişin təyyarəsi yerə çırpılıb. 

Media1.az xarici mediaya istinadən xəbər verir ki, içərisində 68 sərnişin və 4 ekipaj üzvü olan təyyarə  Nepalın qərbindəki Pokhara şəhəri yaxınlığında qəzaya düşüb. Qəza nəticəsində azı 16 nəfərin öldüyü bildirilir.

Təyyarənin ATR 72 cüt mühərrikli qısa məsafəli sərnişin təyyarəsi olduğu öyrənilib.

Qəzanın hansı səbəbdən baş verdiyi hələ ki, bəlli deyil.