Şuşa – Xankəndi yolu: Mitinqçiləri qoruyan Daxili Qoşunların əsgərləri növbə dəyişir – QÜRURVERİCİ VİDEO

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası bir həftədir (7 gün) davam edir.
Musavat.com-un hadisə yerində olanda əməkdaşı Məhəmməd Türkmən aksiyanın keçirildiyi ərazidə maraqlı görüntülər lentə alıb. Görüntülərdə Daxili Qoşunların əsgərlərinin növbədəyişmə anı əks olunub.
Qeyd edək ki, Rusiya sülhməramlıları ilə qarşı-qarşıya dayanan etirazçılar 24 saat Azərbaycan Daxili Qoşunları tərəfindən qorunurlar.
Musavat.com sözügedən görüntüləri təqdim edir:

