18 Aprel 2024

Stoltenberqdən XƏBƏRDARLIQ: Müharibə uzanacaq!

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmağa çağırıb.

Media1.az xarici agentliklərə istinadən xəbər verir ki, Yens Stoltenberq bu barədə BBC radiosuna müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ukraynanın Rusiya qoşunlarına qarşı əks-hücumları effektiv olsa da, ölkələr uzunmüddətli savaş perspektivini gözə almalıdırlar.

“Bu, hələ müharibənin bitdiyi anlamına gələ bilməz”, – deyə Yens Stoltenberq qeyd edib.

“Əlbəttə, Ukrayna silahlı qüvvələrinin ərazini geri ala bilməsi, həmçinin Rusiyanın mövqelərinə zərbələr endirməsi son dərəcə yaxşıdır, lakin qarşıda hələ uzun keçiləsi yol var”, – deyə NATO baş katibi bildirib.