25 Sentyabr 2022

Şəmkirli gənclər Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nicat Abdurrahmanov ilə görüşüblər.

Əslən şəmkirli olan Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nicat Abdurrahmanov Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyinin gəncləri ilə görüşərək öz təcrübələrini, müharibədəki təəssüratlarını bölüşüb.

Görüşün sonunda gənclər kapitan Nicat Abdurrahmanov maraqlı suallar ünvanlayıblar.

Qeyd edək ki, qazimiz “Silahlı Qüvvələrin 95 illiyi” yubiley, “Silahlı Qüvvələrin 100 illiyi” yubiley, “Şücaətə görə”, “Vətən uğrunda”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunub.