Səmada altıncı nəsil: Çin yeni nəsil qırıcıların hazırlanmasında ABŞ-ı üstələyir?

Amerikanın hərbi jurnalı “Military Watch Magazine” xəbər verir ki, Çin hazırlandığı iki altıncı nəsil döyüş təyyarəsindən birinin uçuş sınaqlarını əhəmiyyətli dərəcədə artırıb. Pravda.Ru tərəfindən dərc edilən məqalədə üç ay ərzində dördüncü sınaq uçuşunu başa vuran, unikal üç mühərrikli quyruqsuz dizaynı və rekord göstərici nümayiş etdirən ən yeni J-36-dan bəhs edilir.
Çin mənbələrindən əldə edilən çoxlu sayda müxtəlif video görüntülər təsdiqləyib ki, ölkənin hazırladığı iki altıncı nəsil döyüş təyyarəsindən birinin, iki təyyarədən daha böyüyü olan “J-36″nın uçuş sınaqları intensivləşib.
Təyyarə üç ay ərzində dördüncü məlum sınaq uçuşunu və cəmi iki gün ərzində ikinci sınaq uçuşunu martın 26-da həyata keçirib. Yeni görüntülər təyyarənin tamamilə unikal quyruqsuz, üç mühərrikli dizaynı haqqında daha aydın təsəvvür yaradıb. Altıncı nəsil qırıcının mövcud qırıcılardan əhəmiyyətli dərəcədə daha güclü radar və döyüş yükü daşımağa, habelə uçuş dözümlülüyünü artırmağa imkan verən dünyanın ən böyüyü olacağı gözlənilir.
Yeni nəsil təyyarəsi götürdüyü yanacaqla bir dəfənə 3500 km məsafəni qət edərək havada qala bilir. Müqayisədə bu göstəricilər 5-ci nəsil J-20-də 2000 kilometr, Amerikanın F-22 və F-35-lərində isə 1000 kilometr olub.