Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini Brüsselə dəvət edib
![](https://media1.az/wp-content/uploads/2023/10/prezidentlər1.jpg)
Bu ay Avropa İttifaqının (Aİ) ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək.
APA xəbər verir ki, bu barədə Qranadada keçirilən 3-cü Avropa Siyasi Sammitində iştirak edən Aİ Şurasının Prezidenti Şarl Mişel “France-Presse”ə açıqlamasında deyib. O bildirib ki, Brüsseldə baş tutacaq görüşlə bağlı tərəflər artıq məlumatlandırılıb.
“Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam”, – Mişel bildirib.