29 Mart 2024

Rusiyaya BÖYÜK ZƏRBƏ: 1 sutkada 500 hərbçi məhv edildi – ŞOK RƏQƏMLƏR

Son sutkada Ukraynada Rusiya ordusunun 500 hərbçisi məhv edilib.

Media1.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Məlumata görə, Ukraynada hərbi əməliyyatlar başlayandan bugünədək Rusiya Silahlı Qüvvələri 59 080 hərbçi itirib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2338 tank, 4932 zirehli maşın, 1391 artilleriya sistemi, 333 reaktiv yaylım atəşi sistemi, 176 hava hücumundan müdafiə sistemi, 264 təyyarə, 225 helikopter, 1003 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3768 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.