22 Aprel 2025

Rusiya tərəfindən döyüşən daha bir azərbaycanlı həlak oldu

Rusiya tərəfindən döyüşən daha bir azərbaycanlı həlak olub.

Əslən Kəlbəcər rayonunun Ağdaban kəndindən olan Fərhad Qasımov Rostov vilayəti Volqadonsk administrasiyasının Perejok kəndində yaşayıb. Yeddi ay əvvəl Rusiya ordusuna qoşularaq, döyüşlərə qatılıb. Martın 22- də Luqansk cəbhəsində Ukrayna dronunun hədəfinə tuş gəlib. Ayağından ağır yaralı olan Fərhad Qasımov cərrahi əməliyyat olunsa da həyatını itirib. Hərbçi Fərhad Qasımovun nəşi ailəsinə təhvil verilib.

Sabah , yəni martın 29- da hərbçi ilə vida mərasimi təşkil ediləcək, cənazəsi doğma vətəni Azərbaycana göndəriləcək.