04 Noyabr 2024

Polşa bütün hərbi təlimləri DAYANDIRDI – SƏBƏB

Polşa Müdafiə Nazirliyi partlayıcı maddələr və hərbi texnikadan istifadə edilən bütün hərbi təlimlərin dayandırılması barədə göstəriş verib.

Media1.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar martın əvvəlindən beşinci hərbçinin ölümündən sonra qəbul edilib.

Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamışın əmri ilə silahlı qüvvələr əsgərlərin təlimi zamanı təhlükəsizlik şəraitinə yenidən baxacaq.

Məhdudiyyət xarici missiya və dövlət sərhədlərindən kənarda həyata keçirilən əməliyyatlara, eləcə də Ukrayna əsgərlərinin təliminə şamil edilmir.

Qeyd edək ki, martın əvvəlində Polşada təlim mərkəzinin poliqonunda piyada döyüş maşınının vurulması nəticəsində iki əsgər həlak olub. Martın 25-də Szla Voyevodalığında təlim poliqonunda trotilin partlaması nəticəsində iki istehkamçı həlak olub. Martın 26-da isə xüsusi təyinatlıların əsgəri Tatrasda dağ təlimi zamanı ölüb.