27 İyul 2024

Messi Dünya Çempionatındakı favoritini açıqladı:Bu 4 ölkədən biri…

Lionel Messi Argentinanın Qətərdə keçirilən dünya çempionatında uğur qazanacağına inanır.

Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının favoritləri haqda fikirlərini bölüşüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ulduz oyunçu Argentinanın Dünya Kubokunu qazanmaq şanslarını dəyərləndirib və kubok uğrunda mübarizədə digər favoritlərin adını çəkib.

“Argentina güclüdür, həmişə ən yaxşılar sırasındadır. Biz turnir başlamazdan əvvəl bilirdik ki, qalib olmağa iddialılardan biriyik. Bunu meydanda sübut etməliydik. Xoşbəxtlikdən bunu edirik. Ümid edirəm ki, edəcəyik. Bu kiçik addımları atmağa davam ediik”.

“Dünya çempionatında imkan daxilində matçları izləyirik. Turnirin əvvəlində dediyim kimi, Braziliya çox yaxşı oynayır. Kameruna uduzsa da, Braziliya əsas favoritlərdən biri olaraq qalır, Fransa və İspaniya da favroitdir. Onlar pley-off mərhələsinə keçsələr də, İspaniya çox yaxşı oynayır. Onlar topu əldə etdikdə nə etmək istədiklərini aydın başa düşürlər. Düşünürəm ki, Fransa, İspaniya, Brazilya və biz turnirin favoritiyik”, – deyə Messi bildirib.