27 İyul 2024

Məktəbdə görünməmiş VƏHŞİLİK – 15 nəfər 14 yaşlı şagirdin…

Bursada orta məktəbdə çıxan davada 15 nəfərin 14 yaşlı yeniyetməyə hücum etdiyi iddia edilib. 

Bu barədə “Sabah” məlumat yayıb.

Davadan sonra həmin şagirdin burnu qırılıb.

Hadisə  Nilüfer rayonu Görükle rayonunda yerləşən Görükle Peşə və Texniki Anadolu Liseyində baş verib. 

Hadisə yerinə təcili tibbi yardım və polis qrupları sövq edilib. 

Sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra Emirhan Uludağ Universiteti Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən aparılan müayinələr nəticəsində Emirhan Onur Uğurlunun burnunun qırıldığı müəyyən edilib. Müşahidə altında saxlanılan Uğurlu müalicəsinin ardından evə buraxılıb.

Hadisə ilə bağlı polisin araşdırması davam edir.//News24.az